Gürcüstan parlamenti ABŞ qanunlarına bənzər xarici agent qanununu təsdiqləyib

Gürcüstan parlamenti Amerikanın FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) kimi xarici agentlər haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.

Aprelin 1-də keçirilən plenar iclas Gürcüstan parlamentinin saytında yayımlanıb .

Tabula nəşri xəbər verir ki , qanunun lehinə 86 deputat səs verib, heç kim onun əleyhinə səs verməyib.

1938-ci ildə ABŞ -də qəbul edilmiş qanunun analoqu xarici agent anlayışını müəyyənləşdirir, qeydiyyat prosedurunu və maliyyə bəyannaməsinin təqdim edilməsini tənzimləyir. Tələblərə əməl edilməməsi cinayət məsuliyyətinə səbəb olacaq. Bundan əlavə, sənəd təkcə xarici maliyyələşdirməyə malik qeyri-kommersiya hüquqi şəxsləri deyil, həm də fiziki şəxslər üçün xarici agent statusunu nəzərdə tutur.

Close menu