- Ermənistan və Gürcüstan
- 18:02
- 1 067
Gürcüstanda sərnişin qatarında vaqon yanıb

Gürcüstanın Oqurgeti şəhərindən Tbilisiyə doğru hərəkət edən qatar vaqonunda yanğın baş verib, bundan sonra sərnişinlər təxliyə edilib.
Bu barədə Gürcüstan Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
“Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlər vaxtında təxliyə edilib”, - Facebook sosial şəbəkəsində yayılan məlumatda deyilir.
Hadisənin Qomi-Ağara keçidində baş verdiyi bildirilir. Təxliyə edilən sərnişinlərin daşınması üçün əlavə qatar göndərilib. Yanğının başvermə səbəbləri araşdırılır.
Mövsüm
Aznews.az