Ermənistanda hərbçinin ölümü ilə bağlı təfərrüatlar açıqlanıb

Ermənistanda hərbi qulluqçunun həlak olması ilə bağlı ilkin məlumat dəqiqləşdirilib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Əvvəlcə sərhədçinin mina partlayışı nəticəsində öldüyü güman olunsa da, aparılan araşdırma fərqli nəticə verib.

Məlum olub ki, hərbçi ona təhkim olunmuş avtomatdan açılan atəş nəticəsində ölümcül güllə yarası alıb.

Hazırda hadisənin başvermə şəraiti ilə bağlı araşdırma davam etdirilir.