Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm
  • Paytaxt
  • 27 Noyabr 2019 17:26
  •  2 645

Azərbaycan Prezidenti Albaniyanın dövlət başçısına başsağlığı verdi

Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

AzNews.az