- Paytaxt
- 15 May 2020 19:23
- 4 899
Prezident generalı işdən çıxartdı - Sərəncam
Sərəncam imzalandığı gündən qüvvəyə minir
Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini general-leytenant Əfqan Vəli oğlu Nağıyev vəzifəsindən azad edilib.
AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev mayın 15-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Ə. Nağıyev və 4 vəzifəli şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3-cü (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham olunurlar.