- Paytaxt
- 22 Sentyabr 2023 16:26
- 7 197
Hikmət Hacıyev: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”
“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
H.Hacıyev bildirib ki, BQXK-nın Bakı ofisinin nümayəndələri və digər xarici tərəfdaşlarla keçirilən görüşdə Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməsi və yerli antiterror fəaliyyəti zamanı mülki əhalinin zərər çəkməməsi üçün göstərdiyi səylər yüksək qiymətləndirilib:
“Qeyd etdiyimiz kimi, könüllü olaraq silahı yerə qoyan erməni hərbçiləri və döyüşçüləri azad olunacaq”.
O vurğulayıb ki, rəsmi Bakı BQXK-nın Cenevrə ofisindən ölkəmizə əlavə heyətin gəlməsi və Qızıl Xaç Cəmiyyətinin Bakı ofisindən insanların Xankəndi filialına göndərilməsini dəstəkləyir.