Ceyhun Bayramov: İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq

İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, iki ölkənin enerji sahəsində həyata keçirdiyi layihələr bütün Avrasiya məkanın enerji xəritəsini dəyişdirir.