- Paytaxt
- 10 Noyabr 10:00
- 1 993
XİN: Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik
Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.
Aznews.az xəbər verir ki, paylaşımda deyilr:
“Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.
Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik”.
Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür.