- Paytaxt
- 10 Noyabr 18:57
- 1 848
Anqolanın vitse-prezidenti COP29-da iştirak üçün Azərbaycana gəlib - FOTO
Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
Aznews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Esperança da Kostanı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.