- Paytaxt
- 15:11
- 591
Prezident ekosidə zərərvuranların cəzalandırılması ilə bağlı qanunu təsdiqləyib
Prezident İlham Əliyev ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini təsdiqləyib.
Dövlət başçısı bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250; № 7, maddə 772) aşağıdakı dəyişikliklər edilib:
1. 99-4.5-ci maddəyə “Məcəllənin” sözündən sonra “104-1,” rəqəmləri əlavə edilib.
2. Aşağıdakı məzmunda 104-1-ci maddə əlavə edilib:
“Maddə 104-1. Ekosid
Sənədə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.