Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.

İclasda bir neçə ölkə ilə sazişlərin təsdiq edilməsi, bəzi qanun layihələrinə, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulub.