- Paytaxt
- 12 Dekabr 10:45
- 3 724
Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb.
PA rəsmisi bu barədə "X" hesabında paylaşım edib.
"NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam", - o, paylaşımda qeyd edib.