- Paytaxt
- 14 Dekabr 12:47
- 4 315
Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilib
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.
Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Toplantıda xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışaraq bildirib ki, Azərbaycan tarixi Zəfər qazanaraq 30 illik işğalı sona çatdırdı, separatçı rejimə son qoydu və Cənubi Qafqaz regionunun təhlükəsizliyi təmin edilib.
Toplantıda bu il ərzində ölkədə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən attaşelərin Azərbaycanın müxtəlif ərazilərinə etdikləri ziyarətlər barədə geniş məlumat verilib.
Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.