- Paytaxt
- 16:30
- 1 229
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb
Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
AzNews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.