XİN: Cari ildə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi diqqət mərkəzində saxlanılıb

Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqət mərkəzində saxlanılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Məlumata görə, Qərbi Azərbaycan İcmasının müvafiq müraciətlərinin BMT və digər beynəlxalq platformalarda rəsmi sənədlər kimi yayılması təmin olunub.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxışı zamanı İcmanın hüquqlarının pozulduğunu, dialoqa başlamaq və onların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışlarını təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüquqlarının Ermənistan tərəfindən rədd edildiyi vurğulanıb.