- Paytaxt
- 29 Dekabr 2024 13:48
- 1 727
MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İlham Əliyevi təbrik edib
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Bu təkliflə spiker Sahibə Qafarova parlamentin payız sessiyası üzrə son plenar iclasında çıxış edib.
Sahibə Qafarova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmasını məqsədəuyğun sayıb.
Spikerin təklifi alqışlarla qarşılanıb.