Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub

Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.

Aznews.az xəbər verir ki, diplomatın gələn ay Bakıya gələcəyi və fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.