- Paytaxt
- 16 Yanvar 15:47
- 2 205
Azərbaycan və Gürcüstan XİN başçıları təkbətək görüşüb - YENİLƏNİB

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb.
Bu barədə XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
15:45
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.