Kamran Əliyev: Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun keçiriləcək

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı ölkə qanunlarına və beynəlxalq konvensiyalara uyğun məhkəmə prosesi aparılacaq.

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.