- Paytaxt
- 17:00
- 2 264
Sahil Babayev Maliyyə naziri təyin olundu - SƏRƏNCAM
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.
AzNews.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin".
Prezidentin daha öncəki sərəncamı ilə S. Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
AzNews.az