Milli Məclis mayda xüsusi iclas keçirəcək

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclası keçiriləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Qeyd edək ki, parlamentin xüsusi iclası 28 May Müstəqillik Günü ilə əlaqədar may ayında keçiriləcək.

AzNews.az