- Toplum
- 14:32
- 1 161
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
![](https://www.aznews.az/storage/2025/02/12/media-sernisin-qatari-84f52o.jpg)
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 15 və 16 fevralda əlavə qatar reysləri təyin edir.
Səhmdar cəmiyyətindən verilən məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.