- Paytaxt
- 14:41
- 1 187
Deputat: Azad edilən ərazilərə qayıdacaq şəxslərin ixtisaslaşacağı sahələr müəyyənləşdiliməlidir
![](https://www.aznews.az/storage/2025/01/25/ceyhun.jpg)
Azad edilən ərazilərə qayıdacaq şəxslərin ixtisaslaşacağı sahələr müəyyənləşdiliməlidir.
“AzNews.az” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hazırda ali təhsillə peşə təhsili arasında balans pozulub:
"Bu gün hansı sahədə mütəxəssisə ehtiyac olduğu ciddi araşdırılmalıdır. Hazırda azad edilən ərazilərdə iki böyük sənaye parkı var. Bu strukturlarda daha çox hansı ixtisaslarda kadra ehtiyac varsa, həmin sahəyə diqqət yönəltməliyik. Hətta kadr hazırlığı da bu istiqamətdə aparılmalıdır".
C.Məmmədov növbəti illərdə xeyli sakinin azad olunan ərazilərə qayıdacağını söyləyib:
"Bu zaman onların işlə təminatı məsələsi gündəmə gələcək. Həmin sakinlərin hansı ixtisaslar üzrə işləyəcəyi, hansı istiqamətlərdə ixtisaslaşacağı araşdırılmalıdır”.