- Paytaxt
- 19 Fevral 13:16
- 1 506
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə AzNews.az Azərbaycanın İsraildəki səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
Qeyd edilib ki, tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin regional hadisələri müzakirə ediblər.
"Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Benyamin Netanyahuya çatdırıb. Baş nazir təşəkkürünü bildirib və onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib", - paylaşımda vurğulanıb.
Assistant to the President of the Republic of Azerbaijan and Head of Foreign Policy Affairs Department of the Presidential Administration, Mr. Hikmet Hajiyev @HikmetHajiyev was received by the Prime Minister of the State of Israel, H.E. Mr. Benjamin Netanyahu @netanyahu… pic.twitter.com/7VCRbl3z8D
— Embassy of Azerbaijan to Israel (@AzEmbTelAviv) February 19, 2025