- Paytaxt
- 19 Fevral 16:53
- 1 726
Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq.
Bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılacaq.
AzNews.az