- Paytaxt
- 14:46
- 1 099
Pakistanın Baş naziri iyulda Azərbaycana səfəri çərçivəsində Şuşanı ziyarət etmək istəyini bildirib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şuşaya səfər etmək istəyini bildirib.
Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə danışıb.
"Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik",-deyə Baş nazir vurğulayıb.
AzNews.az