Azərbaycan Estoniyanı milli bayramı münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniyanı Milli Günü münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan XİN-in sosial şəbəkələrdəki hesabında paylaşım edilib.

"Estoniyaya və bütün eston xalqına milli bayramları münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq! Estoniya milli bayramınız mübarək", - bəyanatda bildirilib.

AzNews.az