- Paytaxt
- 12:57
- 1 175
Ceyhun Bayramov Kaya Kallasla telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas telefon danışığı zamanı siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb
Bildirilib ki, telefon danışığı çərçivəsində Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
AzNews.az