Azərbaycan və Pakistanın Suriyadakı müvəqqəti işlər vəkilləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Azərbaycanın Suriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov pakistanlı həmkarı Ömər Hayat Xan ilə görüşüb.

Bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzNews.az