Prezident: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək

Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.

Aznews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında səsləndirib.

Dövlət başçısı bildirib ki, çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.