- Paytaxt
- 11 Mart 14:25
- 1 535
Eldar İbrahimov "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Eldar İbrahimovun martın 12-də 80 yaşı tamam olur.