Ermənistanın silahlandırılması regionda parçalanmanın yeni elementi ola bilər - Hikmət Hacıyev

Ermənistanın silahlandırılması regionda parçalanmanın yeni elementi ola bilər.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.

O daha sonra ölkələrarası əlaqələrdən söz açaraq qeyd edib ki, Azərbaycanın çoxtərəfliliyə əsaslanan yanaşması mövcuddur:

“Çoxtərəflilik baxımından, Azərbaycanda biz həm də çoxdinlik konsepsiyası seçir, müəyyən tədbirlərlə regionları birləşdiririk. Həmfikir olan ölkələri dəyərlər ətrafında birləşdirməyə çalışırıq”.

AzNews.az