Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik

Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.

Bunu baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, deputatlar tərəfindən səsləndirilən təkliflərin bəziləri ilə prinsipcə razı deyil:

“Bəzi təkliflərin isə yeri var. Bu məsələlər nəzarətə götürüləcək, hökumət və onun müvafiq qurumları tərəfindən addımlar atılacaq”.