- Paytaxt
- 20:12
- 1 000
DSX-nin hərbi qulluqçularının maaşı ilə bağlı yeni QƏRAR

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.
Aznews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərarla həmçinin Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də yeni redaksiyada təsdiq edilib.
Sənədə əsasən, Maliyyə Nazirliyi bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edəcək
Qeyd edək ki, bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək.