Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

Aznews.az xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:

“Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.

https://twitter.com/azpresident/status/1906013527346700718