- Paytaxt
- 1 Aprel 12:47
- 4 380
İran Prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Səfərin bu ay baş tutması nəzərdə tutulub.
Qeyd edək ki, bu, M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb. (report)