- Paytaxt
- 9 Aprel 17:51
- 2 196
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün beşinci iclası keçirilib.
Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, bu gün keçirilən iclasda 100-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.
09:18
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bu il komissiyanın dörd iclası baş tutub və 500-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.