- Paytaxt
- 9 Aprel 19:18
- 2 602
Xələf Xələfov Lavrovla görüşüb

Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Aznews.az Rusiya XİN-ə istinadən xəbər verir ki, görüşdə strateji tərəfdaşlıq və müttəfiqlik kontekstində Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bir sıra aktual beynəlxalq və regional problemlərə toxunulub.
Bundan başqa görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyində duran əsas məsələlərə və Azərbaycanın 2025-2026-cı illərdə sədrliyi dövründə bu platformada birgə işin vəzifələri, o cümlədən birliyin Avrasiya məkanında çoxtərəfli əməkdaşlığın ümumi sisteminə inteqrasiyası kontekstində nəzərdən keçirilib.
Xələf Xələfov Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə də ayrıca görüşüb. Həmin görüşdə əməkdaşlığın müxtəlif ölçüləri üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin praktiki fəaliyyətinin intensivləşdirilməsi yolları, o cümlədən Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələləri ətraflı müzakirə olunub.