Azərbaycanla Türkiyə arasında müttəfiqlik gündəliyində duran məsələlər müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.