- Paytaxt
- 18 Aprel 09:18
- 2 468
Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib.
Paylaşımda Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə birlikdə Füzuli hava limanına endiklərini qeyd edib.
"Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə yollanırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Münaqişədən sonrakı yenidənqurma və Qarabağ və Şərqi Zəngəzurun transformasiyası təsirlidir!", - paylaşımda qeyd edilib.
With the diplomatic corps accredited in Baku we landed in Füzuli airport. We enroute to Shusha and Khankandi. We will visit Karabakh University and students in Khankandi. Post conflict reconstruction and transformation of Karabakh and Eastern Zangazur is impressive! pic.twitter.com/ROgGsmn6X7
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 18, 2025