Tarixi məscidlə bağlı Prezidentə müraciət edildi

Tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev və Quba rayonunun Qrız kəndinin 13 sakini Əbu Müslüm məscidinin acınacaqlı durumu ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıblar.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Əbu Müslüm məscidi (Quba rayonu, Qrız kəndi; inşa tarixi: 748/749) acınacaqlı durumdadır. Sizdən xahiş edirik ki, bu məscidin bərpa məsələsini diqqətdə saxlayasınız. Cənab Prezident, var olun!”

Xatırladaq ki, bundan əvvəl 13 quruma - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, Milli Məclisə, Mədəniyyət Nazirliyinə, Nazirlər Kabinetinə, Qafqaz Müsəlmanları İdarəsinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, AMEA-ya, AMEA-nın Şərqşünaslıq İnstitutuna, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna, AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna, Azərbaycan Memarlar İttifaqına, Quba Rayon İcra Hakimiyyətinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edilib.

AzNews.az