Ceyhun Bayramov: Doqquz ildən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri əlamətdar hadisədir

Doqquz ildən sonra Avropa İtrtifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir:

“Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük”.