- Paytaxt
- 25 Aprel 13:38
- 1 651
Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır

Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
O, Azərbaycanın Aİ-nin enerji təchizatında böyük rol oynadığını vurğulayıb.
K.Kallas, eyni zamanda, Azərbaycana Ukraynaya göstərdiyi humanitar yardıma görə təşəkkür edib.