- Paytaxt
- 11:29
- 314
Bobur Bekmorodov: Azərbaycan ədalət və inklüzivlik prinsiplərinə sadiqliyini nümayiş etdirib

Qoşulmama Hərəkatına sədrliyi və COP29-un uğurlu təşkili sayəsində Azərbaycan ədalət, inklüzivlik və əməkdaşlıq prinsiplərinə dərin sadiqliyini nümayiş etdirib.
Bunu Özbəkistan parlamentinin komitə sədri, "Yüksəliş" hərəkatının sədri Bobur Bekmurodov Qlobal Cənub QHT Platformasının təsis konfransının açılış mərasimində bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu günün qlobal problemlərinin həlli hərtərəfli dialoq, hörmət, suverenlik və kollektiv fəaliyyət tələb edir. Bunlar Özbəkistanın tamamilə bölüşdüyü və dəstəklədiyi dəyərlərdir", - o bildirib.
B.Bekmorodovun sözlərinə görə, Qlobal Cənub QHT Platformasının yaradılması müasir dünyadakı qeyri-sabit vəziyyəti nəzərə alaraq əhəmiyyət kəsb edir.
"Dialoq demokratik inkişaf yoluna çatmağın açarıdır. Buna görə də dialoq platforması olan bu platforma çox böyük əhəmiyyət kəsb edir. Biz ənənəvi çağırışlarla yanaşı, yeni problemlərlə üzləşirik, siyasi qütbləşmə, iqtisadi qeyri-müəyyənlik artır. Biz bir çox cəmiyyətlərdə qeyri-sağlam təbliğat və ictimai rəylə manipulyasiyanın şahidi oluruq. Beləliklə, bu mühüm və qeyri-sabit şəraitdə vətəndaş cəmiyyətinin rolu ictimai asayişin qorunması və sülh və sabitliyin təşviq edilməsində daha da önəmli olur", - o vurğulayıb.