- Paytaxt
- 13:13
- 947
Nigar Arpadarai: Azərbaycan Qlobal Cənub QHT Platforması vasitəsilə bir yenilik gətirməyə çalışır

Azərbaycan Qlobal Cənub QHT Platforması vasitəsilə bəşəriyyətin bundan öncəki dövrdə cəhd etmədiyi mövzuda bir yenilik gətirməyə çalışır.
Bunu COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.
Onun sözlərinə görə, bu platforma qlobal bir təşəbbüsdür:
"Qlobal Cənub QHT Platforması yeni çağırışdır. Artıq səsimizi qlobal dünyaya çatdırmaq asanlaşır. Lakin yerli təşkilatlar dəyişikliyi gözləməyi istəmir. Onlar meşə ekosistemini yaradırlar və yerli icmalara dəstək göstərirlər. Bunları yerli resurslarla edirlər. Bu, bəzən yetərli olmur. Ona görə də QHT-lərin dəstəyi önəmlidir".
N.Arpadarai bildirib ki, ilk iş platformada toplaşan hər kəsin eyni amal uğrunda mübarizə aparmağa könüllü olmasıdır:
"Əgər bu mövzuda uğur qazanmaq istəyiriksə, bu, belə də olmalıdır. Qlobal Cənub və Qlobal Şimalın qovşağında olan Azərbaycan bizləri bu səbəbdən bu gün bir yerə toplayıb".