BMT təmsilçisi: İqlim dəyişikliyi ilə silahlı münaqişələr arasında bağlılıq var

QHT platformasının arzu və istəklərimizin sülh naminə reallaşması üçün bir vasitə olmasına çalışaq.

Bunu BMT-nin Sülh Universitetinin Cenevrədəki Daimi Müşahidəçi Nümayəndəliyinin rəhbəri, səfir David Fernandez Puyana Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə silahlı münaqişələr arasında bağlılıq var:

"Sülhün təmin edilməsi vacib amillərdəndir. Çünki dünyada hazırda mövcud olan 60-dan çox hərbi münaqişə miqrasiya məsələsinə təsir göstərir. Bu da birbaşa iqlimə təsir edir. İqlim dəyişikliyinin təsir göstərdiyi bütün icmalara kömək edə biləcəyimizə ümidvaram".