- Köhnə - Cəmiyyət
- 6 Noyabr 2012 16:25
- 2 906
Temperatur rejimində dəyişiklik gözlənilmir
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Nisbətən mülayim, sabit hava şəraiti noyabrın 7-də də davam edəcək. Mülayim cənub küləyi əsəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Elnarə Əlosmanqızı
AzNews.az