- Köhnə - Cəmiyyət
- 19 İyun 2016 14:43
- 8 192
Abid Şərifovdan “Sovetskidə“ sökülən abidələrlə bağlı açıqlama - Video
Baş nazirin müavini Abid Şərifov Sovetskidə sökülən abidələrlə bağlı açıqlama verib.
AzNews.az xəbər verir ki, ANS TV-yə müsahibəsində o, aparılan söküntü işlərinin qanun çərçivəsində həyata keçirildiyini və tariximizə kifayət qədər hörmət edildiyini bildirib. Bundan əlavə o qeyd edib ki, bəzi tarixi abidələr qorunub saxlanacaq, bərpaya ehtiyacı olanlar isə təmir olunaq.
"Bu abidələr siyahıdan çıxarılıb. Bu rəy nəticəsində olub, kiminsə özbaşınalığının nəticəsi deyil. Həmin abidə ev kimi qeydə alınmışdı. Sonra mənə Əbülfəz müəllim zəng etdi (Mədəniyyət naziri- red.) və dedi ki, bu qədim hamamdır. Nəticədə biz onu siyahıdan çıxartdıq, onu gələcəkdə restavrasiya edə bilərik. O ki qaldı, Abbas Mirzə Şərifzadənin evinin sökülməsinə, bu haqda söhbət yoxdur" - deyə Abid Şərifov bildirib.