- Köhnə - Cəmiyyət
- 29 Noyabr 2012 19:31
- 9 275
Heydər Əliyevin Meksikadakı heykəlinin götürülməsi məsələsinə YAP-dan açıqlama
Məsələyə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AzNews.az-a açıqlamasında deyib: "Güman edirəm ki, bu heykəl götürülməyəcək. Bilirsiz ki, Meksika Xocalı soyqırımını tanıyan ölkələrdən biridir. Ona görə də erməni lobbisi bütün gücünü Meksika-Azərbaycan münasibətlərinin korlanmasına sərf edir. Ermənilər buna nə qədər çalışsalar belə, onların istəkləri baş tutmayacaq".
Qeyd edək ki, Təhlil Komissiyası şəhər hökumətinə Heydər Əliyevin heykəlinin götürülməsi barədə tövsiyə verib. Abidə parkın təmiri üçün pul ödəyən Azərbaycan səfirliyi tərəfindən ucaldılıb. İmzalanmış sazişə görə, abidə 99 il yerində qalmalıdır. Tövsiyə açıqlandıqdan sonra Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bəyan edib ki, heykəl götürülsə, Azərbaycan Meksikada 4 milyard dollar həcmində investisiya layihələrini reallaşdırmaqdan imtina edəcək.
Vasif Həsənli
AzNews.az