- Köhnə - Cəmiyyət
- 4 May 2017 23:24
- 4 859
Qax sakini laqonda ilə barmaqlarını kəsdi
Qax rayon Baydarlı kənd sakini ehtiyatsızlıqdan əl barmaqlarını kəsib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə 1979-cu il təvəllüdlü Məmmədov Rasim Amin oğlu evdə kustar üsulla düzəltdiyi kiçik dəyirmanda dən üyüdərkən baş verib. Bu zaman o, sol əlinin üç barmağını laqonda ilə kəsib.
Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, ona lazımi yardım göstərilib, hazırda vəziyyəti kafidir.